Bərdədə qaçırılan 23 yaşlı qız tapılıbbackend

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*