Beriya güllələndikdən sonra cazibədar həyat yoldaşı Ninonun başına gələnlərbackend

Beriya güllələndikdən sonra cazibədar həyat yoldaşı Ninonun başına gələnlər

Nino Qeqeçkorinin inanılmaz gözəlliyi o dövrdə bir çox kişiləri heyran edirdi. Gənc qızın cazibadər görünüşü qarşısında kişilər heç acizliyini gizlətmirdilər də. Onun pərəstişkarları arasında təhlükəsizlik komissarı kimi sonralar SSRİ-də şöhrət tapan Lavrenti Beriya da var idi.

KONKRET.az cütlüyün necə tanış olduğu və ərinin ölümündən sonra “Kremlin arvadı”nın başına nələrin gəldiyini qısa da olsa, təqdim edir:

Gələcək həyat yoldaşı ilə Nino həbsxanada olan qardaşını azad etdirmək üçün Beriyanın qəbuluna gələndə tanış olmuşdu. Aralarında yaranan ünsiyyət isti münasibətlərə qədər sürətlə inkişaf etmişdi. Ona görə də çox keçmədən cütlük evlənmişdi. Qızın o zaman 16 yaşı var idi. Lavrenti isə Ninodan 6 yaş böyük idi.

Nino sonralar deyirdi ki, Beriya ona evlənmək tələbini iş yerində demişdi. “Hər şey çox sürətlə baş vermişdi”, – deyə xatırlayan Nino 1924-cü ildə ərindən Serqo adlı oğul övladı dünyaya gətirmişdi.

Evlilikdən bir müddət sonra ailə Gürcüstandan Moskvaya köçmüşdü. Orada Nino Timiryazev Akademiyasında işə başlamış, əri isə Stalinin ən yaxın çevrəsinə daxil ola bilmişdi.

“Kremlin arvadları” tərəfindən ona həsəd aparılırdı. Çünki o, gənc qadın kimi xüsusi gözəlliyi və zərif davranışı ilə seçilirdi.

Ancaq çox keçmədən onların ailəsi bədbəxtliyə düçar oldu. Ailə üçün ən dramatik və çətin günlər başlamışdı.

Stalinin ölümündən sonra Beriya tutduğu bütün vəzifələrdən dərhal uzaqlaşdırılmışdı və casusluqda ittiham edilmişdi. Nino və oğlu Serqo isə ev həbsində saxlanılırdı. Lakin Lavrenti ilə bağlı daha ciddi məlumatlar onların həyatını alt-üst etdi. Belə ki, hər ikisi proseslərin gedişində həbsxanaya salınmışdı.

Beriya güllələndikdən sonra ana və oğul il yarım həbsxanada yatdı. Onlar sonra Gürcüstana qayıtmağa çalışsalar da, ana-balaya belə bir fürsət verilməmişdi.

Bir müddət sonra Nino xəstələnmiş və övladları ilə birlikdə Kiyevə köçmək məcburiyyətində qalmışdı. O, uzun sürən xəstəlikdən sonra 90-cı illərdə həyatla vidalaşdı.

Ömrünün sonlarında Nino evlilik həyatı və sonrasında bir müsahibədə həyatında baş verənlər haqqında ətraflı danışmışdı. O, son günlərə qədər ərinə sadiq qaldığını, onu sevdiyini bildirmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*