Bəşər Əsəd Türkiyəyə qarşı müharibəyə başlayır?backend

Bəşər Əsəd Türkiyəyə qarşı müharibəyə başlayır?

Suriya prezidenti Bəşər Əsəd bir sıra şərtlər daxilində respublika ərazisində Suriya və Türkiyə hərbçiləri arasında birbaşa toqquşmanı istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “RT Arabic” nəşrində yer alıb.

Əsədin sözlərinə görə, ilk növbədə onun xalqının müqavimətə hazır olması tələb olunur:

“Söhbət birincisi, Suriya ordusunun hazırda dayandığı ərazilərdən gedir. İkincisi, iki ölkənin əsgərlərinin birbaşa döyüşməsinə şərait yaradacaq hərbi şərait lazımdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz dövlətinin sərhədlərində antiterror əməliyyatının başlandığını elan edib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*