“Beşiktaş” müdafiə xəttini 18 yaşlı ekvadorlu ilə gücləndirdibackend

"Beşiktaş" müdafiə xəttini 18 yaşlı ekvadorlu ilə gücləndirdi

Türkiyənin “Beşiktaş” klubu heyətini Ekvador millisinin 18 yaşlı müdafiəçisi Keni Arroyo ilə gücləndirib.

KONKRET.az xəbər verir ki, gənc futbolçu “Beşiktaş” klubu ilə müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb.

Keni Arroyo Ekvadorun “İndependente” klubunun yetirməsidir. Gənc futbolçu əsas heyətə yüksələrək ümumilikdə 48 oyunda meydana çıxıb, 6 qol vurub, 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Beşiktaş” futbolçunun keçidi üçün “İndependente” klubuna 4 milyon avro ödəniş edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*