Bakı-Qazax magistralında betonqarışdıran avtomobil yük maşını ilə toqquşub.
KONKRET.az xəbər verir ki, qəza Goranboy rayonu ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.
Qarşısındakı yük avtomobilinə çırpılan betonqarışdıran avtomobilə ciddi ziyan dəyib. Hazırda magistral yolda qismən sıxlıq müşahidə olunur.//Apa
