Beyləqanda maşın kanala aşdı: 3 nəfər boğulub öldübackend

Beyləqanda maşın kanala aşdı: 3 nəfər boğulub öldü

Beyləqan rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Şahsevən kəndi ərazisində VAZ-21901 markalı avtomobil körpüdən su kanalına aşıb.

Nəticədə avtomobildəki sərnişinlər – Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü Akşin Cəfərov isə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*