Bəzi antibiotiklər ölümə səbəb olur – DİQQƏTLİ OLUN!backend

Bəzi antibiotiklər ölümə səbəb olur - DİQQƏTLİ OLUN!

Antibiotiklər sefalosporin və sulfanilamid həyati təhlükəsi olan dəri səpgisi və sepsisə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bunu xüsusi araşdırma üzə çıxarıb.

Elm adamları sefalosporin və sulfanilamid qəbul edən 66 yaşdan yuxarı 100 mindən çox kanadalının məlumatlarını təhlil ediblər.

Məlumatın toplandığı 20 il ərzində sepsis riskini artıran şiddətli dəri səpkiləri baş verib.

Səpki dərman qəbul etdikdən dərhal sonra və ya bir neçə həftədən sonra görünə bilər. Onlar tez-tez allergik reaksiya ilə əlaqələndirilir. Bədənin hər tərəfində qırmızı ləkələr yaranır. Bu xəstəlik xəstələrinin 5% -ində ölümlə nəticələnir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*