“Bir sutkadır Binəqədi rayonu Biləcəri qəsəbəsinə su verilmir”.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə özünün Facebook hesabında yazıb:
“Azərsu ASC-yə milyardlarla manat vəsait ayrıldı. Həmin pullara keçmiş sədr Qorxmaz Hüseynov özünə villalar tikdirdi. Yeyinti və korrupsiya halları “Azərsu”da davam etdiyindən bir sutkadır problemi aradan qaldıra bilmirlər. “Azərsu” ASC-də sədr olmaq üstündə intriqa getdiyinə görə, yaranan problemlər arxa planda qalıb. Ne vaxt su veriləcək?” – deyə Məhəmməd Əsədullazadə vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
