Bina evində yaşayanlar bələdiyyələrə VERGİ ÖDƏMƏLİDİRLƏRbackend

Bina evində yaşayanlar bələdiyyələrə VERGİ ÖDƏMƏLİDİRLƏR

Son günlər bələdiyyələrin bina evində yaşayan vətəndaşlardan vergi tələb etmələri barədə şikayətlər artıb.

KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-ın suallarını cavablandıran tanınmış vəkil Turan Abdullazadə deyib ki, vətəndaşın mülkiyyətində mənzil və ya yaşayış sahəsi varsa, bu sahə vergi qanunvericiliyi çərçivəsində “əmlak vergisi”nə cəlb edilirsə, onda bələdiyyə və ya vergi orqanı bu vergini tələb edə bilər.

“Bələdiyyələr fiziki şəxslərdən, yəni vətəndaşlardan binalara, evlərə görə əmlak vergisini tələb edə bilərlər. Bu, qanunidir. Lakin Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin “yaşayış sahələrinin” vergitutma obyekti olduğu halda, yalnız 30 kvadrat metrdən artıq hissəyə görə vergi tutulur. Şəxsin malik olduğu mənzilin sahəsi 30 kvadratmetrdən az olarsa, vergi tutula bilməz. Bundan başqa, fiziki şəxslər üzrə – pensiyaçılar, müddətli hərbi xidmət keçən hərbi qulluqçular və onların ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri və s. kateqoriyalar üçün əmlak vergisi üzrə 30 manatlıq güzəşt nəzərdə tutulur. Sənətkarlıq-emalatxana fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binaları və ya hissələri bəzi hallarda əmlak vergisindən azaddır. Beləliklə, yaşayış evlərində yaşayan vətəndaşlardan qanuni əsaslarla vergi, əsasən əmlak vergisi və ya torpaq vergisi tələb edilə bilər. Amma tələb edilən ödənişin hüquqi əsasının, düzgün hesablanmasının və bildirişin verilməsinin təmin olunması vacibdir. Vətəndaş olaraq sizin hüququnuz var ki, tələb olunan ödənişi sorğulayasınız və lazım gəldikdə etiraz edəsiniz”, – vəkil bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*