“Bir çox məsələlər üçtərəfli, hətta ikitərəfli formatda müzakirə oluna bilər və həll edilməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli görüş zamanı çıxışında deyib:
“Aydındır ki, Rusiya sülhməramlıları və Kreml Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşdirilməsində əsas rol oynayır. Amma təəssüf ki, vəziyyət istədiyimiz qədər sabit deyil. Ötən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarla insan həlak olub. Bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, həm də mövcud problemlərin həllini danışmaq və müzakirə etmək üçün toplaşmışıq. Mən dəfələrlə demişəm ki, Ermənistan demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması mövzusu da çox vacibdir. Biz bu məsələlərin həllində səmimi maraqlıyıq” – Paşinyan əmin edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
