“Bir millət öz tarixini yaddan çıxarsa, onun kökü qalmaz” – Reza Deqatibackend

"Bir millət öz tarixini yaddan çıxarsa, onun kökü qalmaz" - Reza Deqati

I və II Qarabağ döyüşlərində cəbhə bölgəsində olan və bütün prosesləri fotoya alıb dünyaya nümayiş etdirən məşhur fotoqraf Reza Deqati moderator.az-ın suallarını cavablandırıb.

KONKRET.az qısa müsahibəni təqdim edir:

-II Qarabağda əldə etdiyimiz zəfərdən bir il ötür. Bu bir ili necə qiymətləndirərdiniz?

-Bu bir ili demək olar ki, mən çox məmnun və şadlıqla qeyd etdim. Bu bir ildə ürəyimdən tikanlar çıxdı. Bu bir ildə biz ürəyimizdəki tikanı çıxardıq. Çünki I Qarabağ müharibəsinin canlı şahidlərindən idim və bütün bu qanlı-qadalı prosesləri gözlərimlə görmüşdüm. Belə bir vandalizm, təxribatı heç yerdə görməmişdim. Qarabağda yeni layihələr, yenidənqurma işlərinin başladığının şahidi oluram. Hər həftə Qarabağa gedirəm. Yeni bir yol çəkilib. Bu da bizim gediş- gəlişimizi rahatlaşdırır.

– Azərbaycana köçməyi düşünürsünüzmü?

– Mən bir ildir burda yaşayıram. Belə bir fikrim var. Əslində bir yerdə qala bilmirəm. Bir fikrim var ki, Bakıda ya da başqa bir yerdə fotoqraf məktəbi açım. Dünyanın hər yerindən fotoqraflar gəlsin. Orada bu sənəti tədris edim.

– Fransaya döndükdən sonra nələr etməyi planlaşdırırsınız?

– Hər şeyi zaman göstərəcək. Bilmirəm nə zamana qədər yaşayacam. O qədər planlarım var ki… Bu ildə Fransada 8 sərgi açdım. Gələn il Qarabağın azadlığı ilə bağlı bir neçə kitabım olacaq. İndi hələ onun üzərində çalışıram və “Qarabağ Rezanın gözü ilə” bir veb sayt hazırlayıram.

-Hər il “Xocalı faciəsi” ərəsində Bakıda sərgiləriniz keçirilir? Bu il də gözlənilirmi?

– Mütləq gələn il “Xocalı faciəsi”-nin 30 illik yubileyi olacaq. Qarabağ işğaldan azad olunub deyə biz bu hadisələri unuda bilmərik.

Bu heç vaxt yaddan çıxmayacaq. Bir millət öz tarixini yaddan çıxartsa onun kökü qalmaz. Tarix millətin dərin köküdür. Bundan sonra da Azərbaycan xalqının yanında olacam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*