“Biz Ankaradan müsbət siqnallar deyil, daimi tələblər görürük” – Ara Ayvazyanbackend

"Biz Ankaradan müsbət siqnallar deyil, daimi tələblər görürük" - Ara Ayvazyan

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Brüsseldə Paşinyan-Əliyev görüşünün hər hansı bir yeni dəyişikliklərə səbəb olacağına inanmır: “Dialoq həmişə yaxşıdır, lakin biz dialoqdan sonra tez-tez vəziyyətin gərginləşdiyinin şahidi oluruq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri İrəvanın Türkiyə ilə danışıqlara xüsusi nümayəndə təyin etmək niyyətindən də danışıb. Ara Ayvazyan bu məsələyə “Dostlarınızı özünüzə yaxın, düşmənlərinizi isə daha da yaxın tutun” sitatı ilə münasibət bildirib.

“Təbii ki, ilkin şərtsiz dialoqa başlamaq istəyi həmişə olub. Amma Türkiyə ilə uzun müddətdir ki, dialoq yoxdur. Danışıqların hansı gündəmdə aparılacağını bizim Xarici İşlər Nazirliyinin başa düşməsi çox vacibdir” – Ayvazyan vurğulayıb.

O qeyd edib ki, həm Ankaranın, həm də Bakının hədəfləri hamıya məlumdur: “3+2” formatının neytrallaşdırılmasından və ATƏT-in Minsk Qrupunun həmsədrliyinin formatına kölgə salmaq cəhdinin ola biləcəyindən ehtiyatlanıram. Biz Ankaradan müsbət siqnallar deyil, daimi tələblər görürük. Mən çox çaşmışam və “3+2” formatının əslində hansı məqsədi güddüyünə şübhə edirəm” – Ermənistanın sabiq XİN rəhbəri öz sərsəm fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*