“Biz bunu etməsək, Ermənistanın dağılmasına görə hamımız məsuliyyət daşıyacağıq” – İşxanyanbackend

“Biz bunu etməsək, Ermənistanın dağılmasına görə hamımız məsuliyyət daşıyacağıq” – İşxanyan

“Hamıya  səslənirəm. “Artsax”ın itirilməsini həzm edə bilməyən, bunun həqiqətən də çətin olduğunu hiss edən, Zəngəzurun itirilməsindən narahatlıq keçirən hər kəsə. Əgər bizim kimin tərəfini seçməyimizdən (Robert Koçaryanın, Levon Terpetrosyanın yaxud Serj Sarkisyanın və başqasının) asılı olmayaraq  birləşməsək…”

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb:

“Söhbət yalançı siyasətçilərdən, ictimai xadimlərdən, vətənpərvər adı altında gizlənən əclaflardan getmir, hansı ki, onlar faktiki olaraq milləti satanlara dəstək verirlər. Məni bağışlayın, söhbət xalqın geniş kütləsindən də getmir. Əgər biz bu gün birləşməsək, bir-birimizə münasibətdə güzəştləri unutsaq, təhqir olunduğumuzu unutsaq, o zaman kimin tərəfdarı olmağımızdan asılı olmayaraq (Levon, Robert, Serj və ya başqası), Ermənistanın dağılmasına və parçalanmasına görə, hamımız məsuliyyət daşıyacağıq” – İşxanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*