“Biz çıxılmaz vəziyyətdəyik, bizim hökumətimiz, dövlətimiz yoxdur” – Zakaryanbackend

"Biz çıxılmaz vəziyyətdəyik, bizim hökumətimiz, dövlətimiz yoxdur" - Zakaryan

“Delimitasiya və demarkasiya apardıqlarını dedilər, amma əslində heç nə etmədilər”.

KONKRET.az xəbər verir ki, bunu Sus kəndinin “başçısı” Mxitar Nersisyan 168.am-a deyib. O bildirib ki, bu gün Susda cəmi 4 ailə qalıb, qalanları çıxıb.

“Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri avqustun 25-dən Azərbaycana təhvil veriləcək. Avqustun 5-dən sakinlər öz əşyalarını Ermənistan və Qarabağda yaşayış yerlərinə daşımağa başlayıblar.

“Hökumət” onlara mənzillərə sertifikat verəcəklərini deyib, lakin ilk növbədə orada yaşayanlara veriləcək.

Əvvəllər Susda 48-49 ailə yaşayırdı, illər əvvəl daha çox idi, sonralar zaman keçdikcə əhali azaldı”, – deyə Nersisyan bildirib.

Onun sözlərinə görə, müharibədən sonra o düşünürdülər ki, Sus Ermənistanın nəzarətində qalacaq, bütün sakinlər qayıdacaq və kənd öz adi həyatına başlayacaq.

“Bu gün insanlar ümidsizlik içindədirlər, ikinci dəfədir evlərini itirirlər, iki ailə Qarabağa köçüb, üçüncüsü də köçmək üzrədir. Digər sakinlər isə Ermənistanın müxtəlif yerlərində məskunlaşdırılacaq”, – deyə Mxitar Nersisyan fikrini yekunlaşdırıb.

Zabux və Laçın sakinləri isə çıxılmaz vəziyyətdədirlər. Bu barədə “Zerkalo” klubunda keçirilən mətbuat konfransında “direktor” Arşak Zakaryan bildirib.

“Milli Təhlükəsizlik Xidməti insanların təhlükəsizliyini təmin etmək üçün bu gün Laçın və Zabuxda olmalı idi, amma bizim hökumətimiz, dövlətimiz yoxdur. Biz ora gedib nə etməliyik, necə kömək edə biləcəyimizi yerində başa düşməliyik”, – deyə o gileylənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*