“Biz “qırmızı xətlərimizi” bilirik”: Xaçaturyan delimitasiya prosesini ALQIŞLADIbackend

"Biz “qırmızı xətlərimizi” bilirik": Xaçaturyan delimitasiya prosesini ALQIŞLADI

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Paşinyana müraciət edərək, uzunmüddətli sülhün bərqərar olması üçün bütün mümkün resurslardan istifadəni davam etdirməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Xaçaturyan, həmçinin Paşinyana lazımi dəstəyi verəcəyini vəd edib.

Ermənistan prezidenti hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə addımlarını dəstəklədiyini dikə gətirib.

Xaçaturyan vurğulayıb ki, hakimiyyət “qırmızı xətlərin” harada olduğunu aydın şəkildə bilir.

Prezident Paşinyanın sərhədlərin delimitasiyası vasitəsilə qonşuları ilə dinc yanaşı yaşaması səylərini yüksək qiymətləndirib.

“Biz 1988-ci ildə məhz buna can atırdıq. Düzdür, bəlkə o vaxt biz azad, müstəqil Ermənistana gedən yolun bu qədər uzun olacağını bilmirdik, amma bu gün imkanımız var”, – deyə prezident bildirib.

Xaçaturyan Paşinyana müraciət edərək bundan sonra da bütün mümkün resurslardan istifadə etməyə çağırıb və lazımi dəstəyi göstərəcəyini vəd edib. Eyni zamanda o, vətəndaşları əmin edib ki, nə Paşinyan, nə hökumət, nə də ölkənin hər hansı digər rəsmi nümayəndəsi respublika ərazisinin bir millimetrinin belə əlindən getməsinə yol verməyəcək.

“Biz sərhədlərimizi və qırmızı xətlərimizi dəqiq bilirik. Qonşularımızla, o cümlədən Azərbaycanla uzunmüddətli sülhün bərqərar olması üçün əlimizdən gələni edirik”, – o fikrini tamamlayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*