Bizdə koronavirus yoxdur – Berdiməhəmmədov elan etdibackend

Bizdə koronavirus yoxdur – Berdiməhəmmədov elan etdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə bir dəfə də olsun koronavirusa yoluxma halının aşkar edilmədiyini bildirib və profilaktik tədbirlərin gücləndirilməsi əmrini verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkmənistan dövlət xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkmənistan postsovet məkanında rəsmi olaraq bir dəfə də olsun koronavirusa yoluxma halının qeydə alınmadığı yeganə dövlətdir. Pandemiyanın başlanğıcından ölkəyə giriş və beynəlxalq hava hərəkətinə ciddi məhdudiyyətlər qoyulub, maska ​​rejimi tətbiq edilib. İyulun əvvəlində ölkədə 18 yaşdan yuxarı bütün sakinlər üçün koronavirusa qarşı məcburi peyvənd kampaniyasına start verilib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*