ABŞ Prezidenti Co Bayden İsrail ordusunun Livandakı əməliyyatını dəstəkləmədiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Mən İsrail əməliyyatı haqqında düşündüyünüzdən daha çox şey bilirəm və onlar bunu dayandırsalar, yaxşı olardım. Bizə indi atəşkəs lazımdır”, – deyə Bayden qeyd edib.//Qafqazinfo