“Bizim müzakirə etdiyimiz yollar keçdiyi ölkənin yurisdiksiyası və suverenliyi altında olacaq” – Qriqoryanbackend

“Bizim müzakirə etdiyimiz yollar keçdiyi ölkənin yurisdiksiyası və suverenliyi altında olacaq" - Qriqoryan

“Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri yalnız ölkələrin yurisdiksiyası və suverenliyi çərçivəsində nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair danışıqlar aparırlar”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan səsləndirib:

“Bizim müzakirə etdiyimiz yollar keçdiyi ölkənin yurisdiksiyası və suverenliyi altında olacaq. Biz bu məsələləri müzakirə edirik” – deyə o bildirib.

Baş nazirin müavininin sözlərinə görə, danışıqlar Yerasxdan Horadizə qədər olan dəmir yolu xəttinə aid olduğundan, bu məsələ ilə bağlı kifayət qədər ümumi yanaşmalar mövcuddur:

“Bu həm də Yerasxdan İranla əlaqə yaratmaq imkanı verir və Gürcüstan dəmir yolu ilə birləşdirən bir əlaqədir. İndiki mərhələdə Ermənistan üçün ən vacib məsələlərdən biri regional əhəmiyyət kəsb edəcək texniki həll yolunun tapılması və razılaşdırılmasıdır. Belə olan halda, biz danışdığımız sülh mandatını alacağıq, çünki regionun bütün ölkələri bu infrastrukturların işləməsində maraqlı olacaq” – deyə Qriqoryan vurğulayıb.

O qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokdan çıxarılması delimitasiya və demarkasiya prosesi ilə əlaqələndirilməməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*