BMT Baş katibi Putin və Zelenskidən əvvəl Ərdoğanla görüşəcəkbackend

BMT Baş katibi Putin və Zelenskidən əvvəl Ərdoğanla görüşəcək

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda məlumat verilib.

Quterreş aprelin 25-i Ankaraya gedəcək və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də bildirmişdir ki, Türkiyə Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün dəyərli vasitəçidir./Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*