BMT nümayəndəsi “Bakıya görə” Ermənistandan çıxarılırbackend

BMT nümayəndəsi "Bakıya görə" Ermənistandan çıxarılır

Ermənistan hökuməti UNİSEF-in nümayəndəsi Marin Klark-Xattinqin mandatını dayandırıb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, belə addıma səbəb Klark-Xattinqin fəaliyyət metodları olub.

O, UNİSEF nümayəndəsinin fəaliyyətinin Ermənistan üçün problematik olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın “Mediaport” Teleqram kanalı Klark-Xattinqin Azərbaycan və Britaniya lehinə casusluq etdiyinin Rusiya xüsusi xidmət orqanları tərəfindən aşkarlandığını bildirmişdi. Ermənistanın onun ölkəni tərk etməsi üçün vaxt verdiyini yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*