“Böhran vaxtı bizə dəstək oldunuz” – Moldova Prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİbackend

Böhran vaxtı bizə dəstək oldunuz” - Moldova Prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sizə qaz böhranı keçirdiyimiz müddətdə bizə dəstək olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm. Biz potensial həlləri araşdıra bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq”.

KONKRET.az xəbər verir ki, Moldova Respublikasının Prezidenti xanım Maya Sandu bunu dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

M. Sandu enerji sektorunda əməkdaşlığın müzakirə olunmasının əhəmiyyətini vurğulayıb.

“Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq.

Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək”, – deyə Moldova prezidenti bildirib.

Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olundu.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*