“Bolmart” da “Johnson&Johnson” məhsullarını satışdan çıxardı – FOTObackend

“Bolmart” da “Johnson&Johnson” məhsullarını satışdan çıxardı - FOTO

Azərbaycanın artıq üçüncü market şəbəkəsi mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını satılmasından imtina edib.

KONKRET.az xəbər verir ki, “Bolmart” supermarketlər şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsi və “Grandmart” mağazalar şəbəkəsinin  təşəbbüsünü dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Bolmart” supermarketlər şəbəkəsində satılmayacaq.

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*