Bolqarıstan hökumətində Ukrayna BÖHRANIbackend

Bolqarıstan hökumətində Ukrayna BÖHRANI

Ukraynaya silah yardımı göndərilməsi məsələsində 4 partiyalı hakim koalisiyada ciddi fikir ayrılıqları yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov “Nova” televiziya kanalına müsahibəsində danışıb.

Petkov, Bolqarıstanın Rusiyanın Ukraynaya qarşı müharibəsini əvvəldən pislədiyini bildirib:

“Ukraynanın yeri Avropa Birliyindədir. Ölkənin təhlükəsizliyi bundan asılıdır. Ukraynaya silah yardımı alacağımız ən yaxşı qərar olardı”.

Bu məsələnin koalisiya üzvləri arasında ciddi fikir ayrılıqlarına səbəb olduğuna diqqət çəkən Petkov belə deyib:

“Baş nazir kimi mənim koalisiya tərəfdaşlarım var. Bu tərəfdaşların da açıq şəkildə bəyan etdikləri “aça bilməyəcəkləri qırmızı xətlər” var. Ukraynaya silah göndərilməsinin tərəfdarı olan Demokratik Bolqarıstan Partiyası (DB)  “bu, bizim qırmızı xəttimizdir” deyir. Bolqarıstan Sosialist Partiyası (BSP) isə bunun əksini deyir. Ona görə də mən onları birlikdə Kiyevə getməyə dəvət edəcəyəm, çünki yalnız orada (silahların göndərilməsi ilə bağlı) əsaslandırılmış qərar qəbul edilə bilər”.

Qeyd edək ki, müharibə başlayandan Bolqarıstan Ukraynanın lehinə birmənalı mövqe tutdu və ukraynalı mühacirləri qəbul etdi. Digər tərəfdən hakim koalisiya tərəfdaşları isə silah yardımı məsələsində ziddiyyətli mövqe nümayiş etdirdilər.

Belə ki, Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın ölkəsinə silah göndərilməsi tələbi ilə ötən həftə Bolqarıstana 3 günlük səfəri zamanı koalisiyada fikir ayrılıqları yaranıb.

Baş nazir Petkovun və hakim koalisiyanın liderinin həmsədrlik etdiyi “Dəyişikliyə davam” (PP) partiyası və Slavi Rifonovun “Belə bir xalq var” (ITN) partiyası Ukraynaya silah göndərilməsini dəstəkləyir.

Digər tərəfdən hakim koalisiyanın dördüncü partnyoru, kommunist əsilli və Rusiyayönümlü Bolqarıstan Sosialist Partiyasının (BSP) lideri Korneliya Ninova “Ukraynaya göndəriləcək bir güllə belə bizim koalisiyadan çıxmağımıza səbəb olacaq” – deyə bildirib.

Baş nazirin müavini və İqtisadiyyat naziri vəzifələrini də üzərinə götürən Ninova bir nazir olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxaraq Ukraynaya silah göndərilməsini nəzərdə tutan heç bir sənədə qol çəkməyəcəyini açıqlayıb.

Qeyd edək ki, mümkün səsvermədə 240 deputatdan ibarət parlamentdə BSP-nin 26, müxalifətçi populist Dirçəliş Partiyasının isə 13 deputatı “əleyhinə” səs verəcək. Lakin BSP getsə, hakim koalisiya dağılacaq.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*