Casusluqla bağlı işə görə Rusiyanın ölkədəki diplomatları arzuolunmaz şəxs elan ediləcək.
KONKRET.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Boyko Borisov deyib.
“Biz növbəti dəfə Rusiya diplomatlarını arzuolunmaz şəxslər elan etməli oluruq”, – deyə Borisov ölkədə 6 nəfərin Rusiyanın xeyrinə casusluq etməsindən dolayı saxlanılması olayını şərh edərkən bildirib.
Qeyd edək ki, ötən gün Bolqarıstan mətbuatı ölkənin paytaxtı Sofiya şəhərində Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsi barədə məlumat yayıb. Məlumata görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.
