“Putinlə münasibətləri normallaşdırmaq səhv olardı”.
KONKRET.az xəbər verir ki, bu barədə Boris Conson Mühafizəkarlar Partiyasının qurultayında bildirib. Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna hadisələrindən sonra Rusiya prezidenti Vladimir Putinlə münasibətlərin normallaşdırılmasının səhv olacağını deyib.
“Bunlardan sonra 2014-cü ildə etdiyimiz kimi Putinlə münasibətləri normallaşdırmağa çalışmaq eyni səhvi təkrar etmək olardı”, – deyə Conson bildirib.
Onun sözlərinə görə, Putinin hərəkətləri “Ukrayna modelinin özünə və Rusiyaya tətbiqindən qorxması və Moskvada “rəngli inqilab” ehtimalından panikaya düşməsi ilə izah olunur.
Bundan əvvəl Conson bildirib ki, Böyük Britaniya Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmaqda davam edəcək. Britaniya Nazirlər Kabinetinin rəhbəri bunu bazar günü Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində deyib.
Mətbuat xidmətinin məlumatında qeyd edildiyi kimi, Conson Londonun Kiyevə göstərdiyi dəstəyi də qeyd edib.
Bundan əvvəl Boris Conson bildirib ki, Britaniya ölkədəki mövcud vəziyyətlə əlaqədar Ukrayna rəhbərliyinə sığınacaq verməyə hazırdır.
Xuraman Etibarlı,
KONKRET.az
