Böyük Britaniyada güclü qasırğa baş verdibackend

Böyük Britaniyada güclü qasırğa baş verdi

Böyük Britaniyada güclü “İşa” qasırğası baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” yerli meteoroloji büroya istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ardınca krallığa “Joselin” adlı qasırğa gələcək.

Bildirilib ki, küləyin sürəti saniyədə 47 metrə çatır. Enerji Şəbəkələri Assosiasiyasının məlumatına görə, İngiltərə və Şotlandiyanın şimalında ən azı 30 min, Şimali İrlandiyada isə 40 min insan işıqsız qalıb. Bəzi rayonlarda leysan yağışları daşqınlara, ağacların elektrik xətlərinə aşması yanğınlara səbəb olub. Əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmət işçiləri qəza yerinə çata bilmir.

Qeyd olunur ki, hava limanları reysləri ləğv edir və dəmir yolu operatorları qatar xidmətlərini dayandırıb. Təhlükəsizlik məqsədilə Sellafild nüvə kompleksi bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*