Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alındıbackend

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alındı

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib.

O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.

Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.

“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, – o vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC – narahatlıq variantı kimi təyin edilib) adını alıb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*