Bredixin: “Ermənistan, Azərbaycan, Türkiyə və Rusiya arasında sərhəd tədricən yox olacaq”backend

Bredixin: "Ermənistan, Azərbaycan, Türkiyə və Rusiya arasında sərhəd tədricən yox olacaq”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması qaçılmazdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Anton Bredixin deyib.

Bredixin vurğulayıb ki, “Paşinyan çox uzun müddətdir ki, “iki kresloda oturub” və Qərblə flört etməyə çalışır. Amma öz xalqı onun bundan sonra belə davranmasına imkan verməyəcək. Ona görə də İrəvandan konstruktiv addımlar atılacaq”.

“Təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlər normallaşacaq. Bu baxımdan diplomatik müstəvidə artıq uğurlar var. Gələcəkdə biz görəcəyik ki, Ermənistan, Azərbaycan, Türkiyə və eyni zamanda, Rusiya arasında sərhəd tədricən yox olacaq”, – deyə politoloq bildirib.

Sevinc Paşayeva,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*