Britaniya yüzlərlə tarixi əsəri Yunanıstana QAYTARDIbackend

Britaniya yüzlərlə tarixi əsəri Yunanıstana QAYTARDI

Yunanıstan Böyük Britaniyadan Neolit ​​dövründən Bizans dövrünə aid yüzlərlə antik əsəri geri qaytarıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Neolit ​​dövründən Erkən Bizans dövrünə aid olan və ləğv edilmiş “Robin Symes Limited” şirkətinə məxsus heykəllər, vazalar, zərgərlik məmulatları, qab-qacaq və aksesuarlar geri qaytarılıb.

Yunanıstanın mədəniyyət və idman naziri Lina Mendoni bildirib ki, nazirlik 17 ildən artıqdır ki, bu işlə məşğul olur.

Məlumata görə, Yunanıstan hökuməti 2006-cı ildə “Robin Symes”in aktivlərini araşdırmağa başlayıb.

Bildirilib ki, şirkət qeyri-qanuni qazıntılar zamanı tapılan arxeoloji xəzinələrin ticarəti ilə məşğul olan beynəlxalq cinayət şəbəkəsində əsas rol oynayıb. Onlar Yunanıstandan apardıqları kolleksiyanı Böyük Britaniya, ABŞ və İsveçrədəki 29 anbarda gizlədib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*