Britaniyada enerjiyə qənaət edən ilk həbsxana TİKİLƏCƏKbackend

Britaniyada enerjiyə qənaət edən ilk həbsxana TİKİLƏCƏK

Böyük Britaniyanın Yorkşir əyalətinin Full Sutton kəndində yalnız günəş panelləri və istilik nasosları ilə işləyən ilk həbsxananın tikintisinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

Nəşrin məlumatına görə, 1500 məhbus üçün nəzərdə tutulan həbsxana 2025-ci ildə açılacaq. Onun tikintisi Britaniya vergi ödəyicilərinə 400 milyon funt-sterlinqə başa gələcək, lakin hər il 1 milyon funt-sterlinqdən çox enerjiyə qənaət edəcək.

“Yüksək texnologiyalı yeni həbsxana təkcə ictimai asayişə deyil, həm də büdcəyə qənaət edəcək”, – Böyük Britaniyanın ədliyyə nazirinin müavini Damian Hinds açıqlayıb.

Qeyd olunub ki, artıq 164 yerli sakin 5 metr hündürlüyündə divarları olan ekoloji cəhətdən təmiz həbsxananın tikintisinə qarşı petisiya imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*