Britaniyada koronavirusla bağlı yenidən məhdudiyyətlər tətbiq ediləcəkbackend

Britaniyada koronavirusla bağlı yenidən məhdudiyyətlər tətbiq ediləcək

Böyük Britaniyada koronavirusla bağlı yenidən bir sıra məhdudiyyətlər tətbiq edilməyə başlanacaq

KONKRET.az-ın məlumatına görə, bu barədə Baş nazir Boris Conson mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Britaniyaya səyahət edən bütün şəxslər ilk iki gün ərzində PCR testi verməli və mənfi cavab alana qədər özlərini təcrid etməlidir.

Bundan əlavə, ictimai nəqliyyatlarda və ticarət mərkəzlərində maska taxmaq yenidən məcburi olacaq.

Qeyd edək ki, məhdudiyyətlərə səbəb ötən gün Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halının qeydə alınmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*