Britaniyalılar Baydenin qərarından QƏZƏBLƏNİB: “Bu, arxadan vurulan zərbədir”backend

Britaniyalılar Baydenin qərarından QƏZƏBLƏNİB: "Bu, arxadan vurulan zərbədir"

Britaniyalılar Baydenin hərəkətindən qəzəbləniblər.

KONKRET.az xəbər verir ki, bu barədə “British Express” qəzeti məlumat yayıb.

Xəbər veridiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında keçirilməsi planlaşdırılan tacqoyma mərasimində iştirakdan imtina edib.

Nəşr yazır ki, britaniyalı parlamentarilər Ağ Ev rəhbərinin bu qərarını arxadan vurulan zərbə kimi qiymətləndiriblər. Baydenin bu addımı mühafizəkar parlamentariləri narahat edib.

Onların fikrincə, ABŞ lideri bu şəkildə Böyük Britaniya ilə münasibətlərə məhəl qoymur.

Dövri nəşrin məlumatına görə, Bayden aprelin 11-də Belfast sazişinin ildönümü tədbirində iştirak etmək üçün Şimali İrlandiyaya gedəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*