Bu 7 BÜRC mübahisə etməyi sevir: “Səhv olsa da, ÜZR istəyən siz olursunuz” – SİYAHIbackend

Bu 7 BÜRC mübahisə etməyi sevir: "Səhv olsa da, ÜZR istəyən siz olursunuz" - SİYAHI

İnsanlar arasında müzakirəni mübahisəyə çevirənlər az deyil. Astroloqlar təbiətcə belə insanların bürclərini araşdırıb.

KONKRET.az xəbər verir ki, bəzi ulduz fallarında onların sayı 4 göstərilsə də, əslində 7-dir. Özünü hər vəchlə düz çıxarmaq üçün maraqlı arqument gətirən bürclərin siyahısını təqdim edirik:

Qoç

Nə dərəcədə doğru və faktlara əsaslanmış mövqeyiniz olsa da, mübahisənin sonunda qışqıracaq həddə çatırsınız. Onlar düz olmağı xoşlayır və çox dalaşqandırlar. Səhvlərinizi qabardıb mühakiməyə meyl edirlər. Mübahisədən qalib çıxmaq Qoçlar üçün həyat əhəmiyyətlidir.

Şir

Onlar mübahisəni sevib zövq aldıqları üçün edirlər. Şirlər polemikaya münasibətləri səhmanlamaq, dostlarla məzələnmək kimi yanaşır.

Buğa

Hamı ilə mübahisə etmirlər. Lakin mübahisə başladısa, səhnə də quracaqlar. İşlər yolunda getməsə, özündən çıxa bilər. Buğa başqalarının baxış bucağı ilə nadir hallarda razılaşır.

Dolça

Hər şeydə birinci olmağı sevdikləri üçün az qala inqilabçıdırlar. Saatlarla mübahisə edə bilər. Onlarla mübahisə öz ayağınıza güllə atmaq kimidir.

Oxatan

O, səhv olsa da, üzr istəyən siz olursunuz. Aqressiv deyil, bağırmayacaq, amma məntiqilə sizi məhv edəcək. Özlərini həmişə düz saydıqları üçün Oxatanı fikrindən daşındırmaq mümkün deyil.

Əkizlər

Dəyişkən xarakterli olduğu üçün onları anlamaq çətindir. Kapriz dolu xarakterlərinə görə şənliyi mübahisə meydançasına çevirə bilir. Onlarla bəhsə düşsəniz, haqqınızda müxtəlif dedi-qodular yayılacaq. Qeybəti sevirlər.

Tərəzi

İnciklikdən sonra əbədi kin saxlayacaqlar. Səsin ucaldıb dava çıxartmağı sevməsə də, hər fürsətdə nə vaxtsa onu incitdiyinizi xatırladacaq. Tərəzilər insanların passiv-aqressiv kateqoriyasına aiddir. Mübahisələrin hamısını yaddaşa yazırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*