“Bu avtomobillərin gömrük rüsumu azaldılacaq” – Ekspertbackend

“Bu avtomobillərin gömrük rüsumu azaldılacaq” - Ekspert

Yaxın zamanlarda ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldıla bilər.

KONKRET.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə müsahibəsində nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bildirib ki, rüsumların azaldılması “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən tətbiq edilə bilər:

“Bu gün vətəndaşlar ilk növbədə ekoloji təmiz avtomobilləri almağa can atır. Bəzi vətəndaşlar isə maddi imkanı çatmadığı üçün bu avtomobillərdən imtina edir.

Hesab edirəm ki, vətəndaşlarımız ekologiyaya zərər verməyən, qənaətcil avtomobillərə üstünlük verirsə, hökumət də buna dəstək olmalı və stimullaşdırıcı addımlar atmalıdır. Bu addımlar ondan ibarət olmalıdır ki, belə avtomobil alanlara banklar avtokreditləşmədə güzəşt etməli, sığorta qiymətləri və gömrük rüsumları azaldılmalıdır. Bu güzəştlərə gedilməsi üçün dövlət proqramı da var.

Proqramda qeyd edilib ki, 2019-2023-cü illər ərzində bu məsələlər həll edilməli və ölkəyə ekoloji təmiz avtomobillərin gətirilməsi stimullaşdırılmalıdır. Biz də bu proqrama əsaslanaraq deyə bilərik ki, ekoloji təmiz avtomobillərin gömrük rüsumu endirilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*