“Bu dəstəyə görə Azərbaycana təşəkkür edirəm” – Ərdoğanbackend

"Bu dəstəyə görə Azərbaycana təşəkkür edirəm" - Ərdoğan

Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Dünya dili türkcə” adı ilə səfərbərlik elan edirik.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil edilən “Bizim Yunus” adlı açılış mərasimində çıxışında deyib.

“Mədəniyyət imperializminə qarşı yaradacağımız ən güclü müdafiə xətti öncəliklə dilimizi qorumaqdan ibarət olmalıdır”, – deyə dövlət başçısı bildirib.

“UNESKO 2021-ci ili Yunus Əmrəyə həsr etdi, çünki vəfatının 700-cü ildönümüdür. Bu məsələdə göstərdikləri dəstəyə görə Azərbaycan, Makedoniya və Bosniya və Herseqovinanın UNESKO-dakı nümayəndələrinə təşəkkür edirəm. Yunus Əmrə və türk dili çərçivəsində bir çox tədbir təşkil edəcəyik. Mesajlarımızı bütün dünyaya çatdırmağa çalışacağıq”, – Ərdoğan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*