Bu gün Türkiyə Superliqasının 15-ci turunda “Beşiktaş” – “Fənərbaxça” oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, “Tüpraş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İstanbul derbisini Atilla Karaoğlan idarə edəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Fənərbaxça” 37 xalla 2-ci, “Beşiktaş” isə 26 xalla 3-cüdür. Bu komandalar arasında aprelin 2-də keçirilən son oyunda “Beşiktaş” 4:2 hesablı qələbə qazanıb.