Bu hallar qorxulu xəstəliyin xəbərçisi ola bilər – DİQQƏT!backend

Bu hallar qorxulu xəstəliyin xəbərçisi ola bilər - DİQQƏT!

Ağızdakı turşməzə dad ürək tutmasının xəbərçisi ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Express” britaniyalı həkimlərin məlumatlarına istinad edərək yazıb.

Həmin vaxt gəyirmə, mədə qıcqırması, ürəkbulanma və qusmanın müşahidə edilmədiyi həzmsizlik bu narahatlığın göstəricisi sayılır. Bundan başqa, səbəbsiz tərləmə, yuxusuzluq və yorğunluğa da diqqət etmək lazımdır.

Mütəxəssislərin fikrincə, simptomlar bir neçə gün qala və ya qəfil ortaya çıxa bilər. Bu zaman dərhal həkimə müraciət edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*