Bu iki Mərkəzi Asiya ölkəsinin Milli Qvardiyaları birləşir – ƏTRAFLIbackend

Bu iki Mərkəzi Asiya ölkəsinin Milli Qvardiyaları birləşir - ƏTRAFLI

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan və Tacikistan Milli Qvardiyaları kadr hazırlığı sahəsində əməkdaşlıq edəcəklər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, bu barədə hər iki departamentin komandirləri, general-mayor Rüstəm Curayev və general-leytenant Bobojon Camolzoda razılaşıb. Sonuncu Tacikistandan gələn nümayəndə heyətinin başçılığı ilə Daşkəndə səfər edib.

Danışıqların yekunu üzrə tərəflər 2022-ci il üçün praktiki əməkdaşlıq planı imzalayıblar. Tərəflər şəxsi heyətin hazırlanması, onların döyüş və fiziki hazırlığının təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*