Bu il 5 milyondan artıq Rusiya vətəndaşı Antalyaya üz tutubbackend

Bu il 5 milyondan artıq Rusiya vətəndaşı Antalyaya üz tutub

“Turizmin paytaxt”ı olan Antalya turist sayına görə birinci yerdədir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu il kurort mərkəzinə hava yolu ilə 15 milyon 37 min 331 turist gəlib.

Antalya Mədəniyyət və Turizm Müdirliyindən verilən məlumata görə, istirahət mərkəzi 193 ölkədən turist cəlb edib. “Ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 17 faiz artıb. Daha çox ruslar üstünlük təşkil edib. Bu il Rusiyadan 5 milyon 524 min 160 turist gəlib”.

İkinci sırada yer alan Almaniydan isə 2 milyon 602 min 725 nəfər Antalyada istirahət edib. “Turizmin paytaxt”ına üz tutanlar arasında üçüncü yerdə Ukrayna, dördüncü yerdə İngiltərə durur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*