Bu insanlar ancaq ÖZLƏRİNİ sevir: “Gözəl HƏYAT naminə hər şeyə qadirdirlər” – ƏTRAFLIbackend

Bu insanlar ancaq ÖZLƏRİNİ sevir: "Gözəl HƏYAT naminə hər şeyə qadirdirlər" - ƏTRAFLI

Şüurlu eqoizm faydalı xüsusiyyətdir. Çünki bu halda istənilən çətin vəziyyətdən çıxmaq olur. Amma özünə diqqət bütün çərçivələri aşanda ətrafdakılar əziyyət çəkir.

KONKRET.az xəbər verir ki, astroloqların bu barədə araşdırması var və onlar bəzi eqoist bürclərin yanında olmağı təhlükəli hesab edib. Çünki həmin bürclər sırf öz xeyrinə köklənib.

Əqrəb

Ətrafda nə baş verdiyini gözəl dərk edir və hadisələri öz xeyrinə dəyişmək istəyir. Tərəddüd etmədən insanlarla manipulyasiya xətrinə beyinlərə soxulacaq ki, arzuolunan nəticəni əldə etsin. Psixoloji təzyiq, şantaj da onları yolundan döndərməyəcək. Ona görə də hədəfə köklənmiş Əqrəbdən uzaq durmaq yaxşıdır.

Şir

Məqsədyönlü və qətiyyətli liderdir. Bu səbəbdən ətrafdakıları incidərək də məqsədə doğru irəliləyə bilir. Kənar fikirə boş səs kimi yanaşdıqlarına görə, heç bir tövsiyəyə qulaq asmayacaq. Yardıma yetişə bilər, amma bunu mərhəmətdən dolayı yox, özünü əhəmiyyətli hiss etməkdən zövq aldığı üçün edir. Şir üçün birinci yerdə onun özüdür.

Buğa

İki qorxunc xüsusiyyətə – özünə sevgi və tənbəlliyə sahibdirlər. Belə insanlar gözəl həyatı sevir və bu yolda hər şeyə qadirdirlər. Bəzi hallarda gur karyera həyatına sahib olurlar, lakin həmin vaxt da özündən başqa heç kimin məsləhətlərinə qulaq asmır. Buğa uğursuzluğun günahını özündə axtarmayacaq dərəcədə eqoistdir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*