Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 210 nəfər artıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 32 065 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 3 877 nəfər artaraq 223 060 nəfərə yüksəlib.
