Konqo Demokratik Respublikasının Ekvador əyalətində Ebola epidemiyası elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani açıqlama yayıb.
Nazir Mbandaka şəhərində vəfat edən 31 yaşlı kişidə Ebola virusunun aşkar edildiyini təsdiqləyib.
O, i̇ndiyədək onunla təmasda olan 74 şəxsin karantinə alındığını bildirib.
