Bu ölkədə kimyəvi sızıntı: 50 uşaq ZƏHƏRLƏNDİbackend

Bu ölkədə kimyəvi sızıntı: 50 uşaq ZƏHƏRLƏNDİ

Çilidə onlarla insan kükürd-dioksiddən zəhərlənib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Codelco-ya aid mis əritmə zavodunda baş verən sızmadan qaynaqlanıb.

Belə ki, Quintero qəsəbəsində sızma səbəbiylə 12 uşaq xəstəxanaya yerləşdirilib. Reuters-in xəbərinə görə, Puçuncavi şəhəri də kimyəvi sızıntıdan zərər çəkib.

İki bölgədə 50-si uşaq olmaqla, onlarla insan kimyəvi təsirlərə məruz qalıb. Qeyd edək ki, kükürd-dioksid ətraf mühitə buraxılan rəngsiz, lakin qoxulu qazdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*