Bu ölkədə meymunçiçəyinə qarşı peyvəndləmə aparılacaqbackend

Bu ölkədə meymunçiçəyinə qarşı peyvəndləmə aparılacaq

İspaniya hökuməti cümə axşamı “meymunçiçəyi” virusuna qarşı peyvənd strategiyasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, hazırda peyvənd dozalarının məhdudluğunu nəzərə alaraq, yoluxmuş insanlarla təmasdan sonra xəstələnmə riski yüksək olan insanların vaksinasiyasına üstünlük veriləcək.

“Profilaktik peyvəndləmə indiki mərhələdə tövsiyə olunmur. Lakin bu barədə qərar xəstəliyin gələcəkdə genişlənməsi və peyvəndin mövcüdluğu nəzərə alınmaqla dəyişə blər”, – qurumdan bildirilib.

Xatırladaq ki, hazırda İspaniyada adıçəkilən xəstəliyə yoluxanların sayı 230 nəfəri ötüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*