Bu ölkədə niqab geyinənlərə 80 dollar cərimə tətbiq ediləcəkbackend

Bu ölkədə niqab geyinənlərə 80 dollar cərimə tətbiq ediləcək

Qazaxıstan parlamentinin aşağı palatası ictimai asayişin qorunması məqsədilə yeni “Qanun pozuntularının profilaktikası haqqında” qanunu qəbul edib.

KONKRET.az xəbər verir ki, yeni qaydalara əsasən, ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin (xüsusilə niqab) istifadəsinə görə vətəndaşlara cərimə tətbiq olunacaq.

Qazaxıstan parlamentinin Teleqram kanalında yayılan məlumata görə, inzibati xətalar məcəlləsinə edilən dəyişikliklər çərçivəsində belə geyimlərin istifadəsinə görə inzibati məsuliyyət müəyyən edilir.

Birinci dəfə qaydanı pozan şəxslərə rəsmi xəbərdarlıq ediləcək, təkrar hal zamanı isə 10 aylıq hesablanma göstəricisi (MHP) məbləğində, təxminən 80 ABŞ dolları cərimə tətbiq olunacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*