“Bu qurumlar ya ləğv olunmalı, ya da özəlləşdirilməlidir” – VİDEObackend

"Bu qurumlar ya ləğv olunmalı, ya da özəlləşdirilməlidir" - VİDEO

Azərbaycanda artıq bir sıra dövlət qurumlarında ciddi islahatlara ehtiyac yaranıb. İş o yerə çatıb ki, dövlətdən maliyyələşən bu təşkilatlar iqtisadi inkişafı əngəlləyir, büdcə üçün böyük yük daşıyır, cəmiyyətdə xoşagəlməz rəylərin yaranmasına rəvac verir.

KONKRET.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu öz açıqlamasında Azərbaycan Hesablama Palatasının 2020-ci il üzrə hesabatından bir sıra rəqəmləri ictimailəşdirib. O, bununla bir sıra ciddi məqamlara aydınlıq gətirib. Həmin hesabata görə, təkcə Azərbaycan Dəmir Yolları QSC 2020-ci ildə dövlət büdcəsindən 695 milyon manat pul alıb – 1 milyarda yaxın. Amma sözügedən qurum Azərbaycan büdcəsinə 19 milyon manat vergi verib. “Azərbaycan Hava Yolları” (AZAL) QSC isə 23, 9 milyon manat dövlətə vergi verib, əvəzində isə 225, 9 milyon icra xərci alıb. “Azərsu” ASC 10,6 milyon vergi verib, büdcədən 400 milyon manatdan bir qədər xərc alıb. “Azərenerji” ASC 33,5 milyon vergi verib, həmin il büdcədən 147 milyon icra xərci alıb.

Sərdar Cəlaloğlu  bildirib ki, yalnız Xəzər Dəniz Gəmiçiliyi QSC dövlət büdcəsindən 10 milyon manat maliyyələşdirilsə də, 13 milyon manat vergi verib.

Elə bu rəqəmlərdən görünür ki, bir sıra dövlət şirkətləri, qapalı səhmdar cəmiyyətləri özəlləşdirilməli, bu istiqamətdə dövlət xərcləri sıfıra endirilməlidir. Əlbəttə, son söz dövlətin ali rəhbərliyinindir.

İnanırıq ki, dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiləcək, ölkədə aparılan büdcə (o cümlədən, vergi) siyasəti daha da təkmilləşdiriləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*