Bu şəxslərin Rusiyanı tərk etməsi qadağan oluna bilərbackend

Bu şəxslərin Rusiyanı tərk etməsi qadağan oluna bilər 

Səfərbərlik elan edildikdən sonra ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb.

KONKRET.az-ın məlumatına görə, Meduza prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Rusiyanın ali rəhbərliyi ölkədə 1941-ci ildən bəri ilk dəfə səfərbərliyə görə səyahət məhdudiyyətlərinin qoyulmasını istisna etmir.

Onların fikrincə, yekun qərar hüquq-mühafizə orqanlarının mövqeyindən, eləcə də vətəndaşların ölkədən qaçmasının nə qədər kütləvi hal alacağından asılı olacaq.

Səyahət qadağası səfərbərliyə uyğun kişilərə şamil oluna bilər: sərhədi keçərkən onlardan hərbi qeydiyyat və çağırış idarəsindən arayış-icazə tələb edilə bilər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*