Əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına görə inzibati cəzalar müəyyənləşir.
KONKRET.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əlavə təklif edilir.
Təklif edilən 205.1-ci maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyi pozanlar 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcək.Qanun layihəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə də cərimə nəzərdə tutulur.
Bu hallara görə cərimənin məbləği isə 500 manatdan 1000 manatadəkdir.
Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Əlil olmayan şəxslər pensiya alır oları cərimələndirində elə top kimi uşağı var 200m pensiya alır 250 sosial alır 50 manatda kı güya xəsdə uşağa baxır sosial alər belə bir evə dövlət gör nə qədər yardım edir mənim də üç övladım var işliyənim deməy olarkı yoxdu amma bizə dövlətdən bir qəpikdə yardım gəlmir 2 aydırki 190 verilir fiso ota bitdi bəs nəynən dolanaq pensiya larlar həmı xəsdə deyil çixu yallannan əlilliy alanlatdı çüki kamıyadan keirmillər xəsdələri