Büdcədən icbari tibbi sığorta üçün ayrılan məbləğ MƏLUM OLDUbackend

Büdcədən icbari tibbi sığorta üçün ayrılan məbləğ MƏLUM OLDU

Azərbaycanın gələn ilin dövlət büdcəsindən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün 1 milyard 125 milyon 674 min 629 manat vəsaitin ayrılması nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, bu, “Azərbaycanın 2022-ci il dövlət büdcəsi” haqqında qanun layihəsində əksini tapıb.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ümümilikdə 1 milyard 788 milyon 619 min 634 manat vəsait ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*