Bulvar İdarəsinin keçmiş rəhbəri daha 4 ay həbsdə qalacaqbackend

Bulvar İdarəsinin keçmiş rəhbəri daha 4 ay həbsdə qalacaq

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, buna görə də prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İ. Mustafayaev 2 milyondan çox mənimsəmədə ittiham edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*